Şriftin ölçüsü :

Saytın rəngi :

9 yaşlı Xocalı şəhər sakini Avstriyanın Vyana şəhərində keçirilən “ Edelveys ” musiqi müsabiqəsində iştirak etmişdir

05 dekabr 2016 | 16:00

Azərbaycan Respublikası Dağlıq Qarabag Bölgəsinin Azərbaycanlı icması ictimai birliyinin dəstəyi ilə 9 yaşlı Xocalı şəhər sakini, hal-hazırda Naftalan şəhərində məskunlaşmış Məmmədli Briliyant İsmayıl qızı Respublika Musiqi müsabiqəsinin qalibi olmuş və Avstriyanın Vyana şəhərində keçirilən “ Edelveys ” musiqi müsabiqəsində iştirak etmişdir. Müsabiqədə uğurla çıxış etmiş Məmmədli Briliyant fortepiano üzrə müsabiqənin ikinci yerinə layiq görülmüşdür. Onun müəliməsi Qəmxarova Xatirə Rizvan qızı sertifikatla təltif olunmuşdur. Azərbaycan Respublikası Dağlıq Qarabag Bölgəsinin Azərbaycanlı icması ictimai birliyinin sədri Bayram Səfərov müsabiqə iştirakçılarını icmanın Mərkəzi Qərargahında qəbul etmiş, onların nailiyyətlərini yüksək qiymətləndirmişdir. Müsabiqənin qalibi göstərilən dəstəyə görə icma rəhbərinə dərin təşəkkürünü bildirmişdir.

Keçidlər