Şuşa məktəbliləri arasında “Ziya” intellektual oyunu keçirilmişdir
16 dekabr 2016-cı il tarixdə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Şuşa rayon Gənclər və
İdman İdarəsinin təşkilatçılığı ilə “Ziya” intellektual oyunu keçirilmişdir. X – XI sinif
şagirdlərinin iştirakı ilə 2 qrupda olimpiya sistemi üzrə keçirilən yarışmada Şuşa şəhər 1
nömrəli tam orta məktəbin “Zəka”, Malıbəyli kənd orta məktəbinin “Çinar”, Şuşa şəhər 12
nömrəli tam orta məktəbin “Qala”, Quşçular kənd orta məktəbinin “Xarı bülbül”, Şuşa şəhər 9
nömrəli tam orta məktəbin “Uğur”, Şuşa şəhər 11 nömrəli tam orta məktəbin “Qağayı”, Şuşa
şəhər 3 nömrəli tam orta məktəbin “Nizami Gəncəvi”, Şuşa şəhər 6 nömrəli tam orta
məktəbin “Pənahabad”, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin “Xankəndi” və Şuşa
şəhər 7 nömrəli tam orta məktəbin “Qartal” komandaları iştirak etmişlər.
Tədbirin açılış mərasimində Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov
iştirakçıları salamlamış, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin
onların intellektual oyunlara marağının artmasının təmin edilməsi məqsədilə bu tipli yarışların
keçirilməsinin vacibliyini vurğulamışdır.
Yarışmada obyektivliyin tam təmin olunması və oyun zamanı qəbul olunmuş qaydalara riayət
olunmasına nəzarət məqsədilə yaradılmış münsiflər heyətinə Şuşa rayon Gənclər və İdman
İdarəsinin rəisi Nadir Bayramov, Şuşa rayon İcra Hakimiyyətinin sektor müdiri Ülvi Heydərov
və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov üzv
seçilmişlər.
Gərgin və olduqca maraq doğuran oyun şəraitində keçirilən yarışmada I yeri Şuşa şəhər 6
nömrəli tam orta məktəbin “Pənahabad” komandası, II yeri Quşçular kənd orta məktəbinin
“Xarı bülbül” komandası, III yeri Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin “Xankəndi”
komandası tutmuşlar.
Tədbirin rəsmi bağlanış mərasimində Şuşa rayon İcra Hakimiyyətinin sektor müdiri Ülvi
Heydərov bütün iştirakçıları Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun
adından təbrik etmiş, onlara gələcək yarışmalarda müvəffəqiyyətlər arzulamışdır. Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov bu tipli intellektual
oyunların Şuşa məktəbliləri arasında yüksək səviyyədə təşkili üçün Gənclər və İdman
İdarəsinə təşəkkürünü bildirmiş, həmçinin şagirdlərin bu oyunlara böyük marağını yüksək
qiymətləndirmiş, növbəti yarışların tezliklə Qarabağımızın azad olunaraq doğma Şuşamızda
keçirilməsini arzulamış, iştirakçıları qarşıdan gələn “31 dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi günü” və Yeni – 2017-ci il münasibətilə təbrik etmişdir.
Qaliblər Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və
qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Qalibləri təbrik edirik!