Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli tarzən Sadıqcanın 170 illik yubileyi qeyd olunmuşdur

20 dekabr 2016 | 16:00

20 dekabr 2016 –cı il tarixdə Şuşa rayon İcra Hakimiyyəti, «Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə görkəmli tarzən Sadıqcanın 170 illik yubileyi qeyd olunmuşdur. Tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, «Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri cənab Bayram Səfərov açmış , musiqi beşiyi sayılan Şuşamızın bu gün erməni təcavüzkarlarının işğalı altında olmasını, 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin bizim nəzarətimizdən çıxmasını vurğulamışdır. Möhtərəm Prezident cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına dair mövqeyinin qəti və dəyişməz oluğunu qeyd etmişdir. Cənab başçı Qarabağda, Şuşada "Cıdır düzü"ndə, "İsa bulağı"nda yenə "Qarabağ şikəstəsi"nin səslənəcəyinə, musiqi bayramları, festivalların, keçiriləcəyinə əmin olduğunu bildirmişdir. Sonra Sadıqcan haqqında çəkilmiş videoçarx nümayiş olunmuş, tarzən haqqında kitabın təqdimatı olmuşdur. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova kitab haqqında fikirlərini söyləmişlər. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında «Oxu tar» kompozisiyası nümayiş olunmuş, Azərbyacan Respublikasının əməkdar artistləri Təyyar Bayramov və Ehtiram Hüseynovun ifaları tədbir iştirakçılarının marağına səbəb olmuşdur. Tədbiri kitabın redaktoru Gülhüseyn Kazımlı aparırdı. Tədbirin sonunda Sadıqcanın kötücəsi Elxan Cəfərov şəcərəsi adından bütün təşkilatçılara təşəkkürünü bildirmişdir.

Keçidlər