Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən yeni il şənliyin təşkil olunmuşdur
23 dekabr 2016 | 16:00
23 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni – 2017-ci il münasibətilə, sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün təşkil olunmuş yeni il şənliyində, Şuşa rayonundan olan 40 nəfər gənc və yeniyetmə iştirak etmişdir.
Tədbirin sonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən tədbir iştirakçılarına yeni il hədiyyələri təqdim olunmuşdur.