Şriftin ölçüsü :

Saytın rəngi :

21 iyul 2023-cü il tarixdə Göyçay rayonu, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində Şuşa Rayon İcra Hakimiyyəti başçısının Şuşa rayon sakinləri ilə səyyar qəbulu keçirildi

21 iyul 2023 | 15:50
 
Səyyar görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrdə davamlı və dinamik sürətlə inkişaf etdiyini, cənab İlham Əliyevin yalnız ölkə başçısı kimi deyil, həm də beynəlxalq təşkilatların rəhbəri kimi də təqdirəlayiq addımlar atması, qlobal təşəbbüslər irəli sürməsi dünyada ədalətin bərqərar olmasına layiqli töhfə verildiyini bildirdi. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması məqsədilə dövlət başçımızın şəxsi nəzarəti altında genişmiqyaslı lahiyələrin uğurla icra olunduğunu və görülən işlərin bütün dünyanı heyrətə saldığını diqqətə çatdırdı. Görüşdə iştirak edən əhalinin şikayət, tələb və təklifləri eşidildi. Vətəndaşları narahat edən bəzi problemlər yerindəcə həll edildi. Bəzi məsələlərin həlli rayon İcra Hakimiyyəti səlahiyyətləri xaricində olduğundan vətəndaşa hansı idarəyə müraciət etmək lazım olduğu barədə izahat verildi.
 
 
Keçidlər