Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə “Ramana- 450” qəsəbəsində böyük bayram tədbiri keçirmişdir

01 yanvar 2013 | 16:00

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rayon ictimayyətini təbrik etmiş, 2012-ci ildə yüksək göstəricilər əldə etmiş vətəndaşları mükafatlandırmışdır. Tədbirdə millət vəkilləri, RİH nin məsul işçiləri, ziyalılar, rayon idarə və müəssisə rəhbərləri iştirak etmişdir. Şuşa Rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşlarının musiqi proqramları kiçik yaşlı uşaqların poeziya kompazisiyaları, “Şaxta baba” “Qar qız” ın təbrikləri böyük sevinclə qarşılanmışdır.Yeni ili doğma Şuşamızda keçirmək arzusu ilə tədbir yekunlaşmışdır.

Keçidlər