Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il

30 dekabr 2016 | 16:00

30 dekabr tarixində Şuşa şəhər 1  nömrəli tam orta məktəbində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il münasibəti ilə bayram tədbiri keçirilmişdir.  Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov, rayon İcra Hakimiyyətinin məsul işçiləri,  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri,  şagird kollektivi və digər qonaqlar iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov tədbirdə çıxış edərək bütün şuşalıları qarşıdan gələn 2017 – ci il və dünya azərbaycanlılarının həmrəyliyi münasibəti ilə təbrik etmiş, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır.  Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü uzaq görən siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etməsindən danışan cənab Başçı yaxın gələcəkdə öz doğma Qarabağımızda yeni il şənliklərini keçirəcəyimizə inamını vurğuladı. Tədbirdə cənab Bayram Səfərov Dədə Qorqud Milli Fondu tərəfindən “Vətən övladı” adlı  medal  ilə təltif olundu. Tədbir Şuşa şəhər Mədəniyyət evinin konsert proqramı ilə davam etmişdir.

Keçidlər