Şriftin ölçüsü :

Saytın rəngi :

21.10.2022 –ci il tarixində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə Şuşa şəhər 1 saylı tam orta məktəbdə səyyar görüşü keçirilmişdir

21 oktyabr 2022 | 15:38
Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirdi ki, respublikada aparılan hərtərəfli quruculuq işləri və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti göstərir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar və quruculuq işləri respublikanın bütün regionlarını əhatə etməkdədir. Yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, regionlarda yeni istehsal və sənaye müəssiələrinin yaradılması, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına əlverişli şəraitin yaradılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, maaşların, pensiyaların yüksəldilməsi, həmçinin ordu quruculuğuna xüsusi önəm verilməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını diqqətə çatdıran Bayram Səfərov qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun təmin edilməsində Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyini vurğuladı.Görüşdə iştirak edən rayon sakinləri onları narahat edən məsələlərlə bağlı rayon rəhbərinə ünvanladıqları suallar - "Böyük Qayıdış", mənzil ilə təmin olunma, işlə təmin olunma, müalicə, maddi köməklik və digər məsələləri əhatə edirdi.Müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək səsləndirdikləri məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapmış, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alınıb.
Mədəniyyət Paytaxtımız Şuşada aparılan işlərə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən nəzarət edildiyini qeyd edən Bayram Səfərov hazırda Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 24 binadan ibarət yaşayış massivinin inşa olunduğunu görüş iştirakçılarının nəzərinə çatdırdı. Bənzərsiz Şuşamızın beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini deyən rayon rəhbəri bildirdi ki, yaxın gələcəkdə "Böyük Qayıdışın" reallaşması üçün bütün mövcud potensiallar səfərbər edilib. Şuşa şəhərinə Prezident cənab İlham Əliyevin çoxsaylı səfərləri, burada tarixi -memarlıq abidələrinin bərpası istiqamətində görülməkdə olan işlər, yeni yaşayış massivinin inşası, ölkə başçısının dövlət əhəmiyyətli obyektlərin təməlini qoyması Şuşa rayon əhalisinin tez bir zamanda doğma Şuşamıza qayıdacağının xəbərçisi olduğunu qeyd etdi.
Keçidlər