Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar ilə bağlı silsilə tədbirlər

20 yanvar 2017 | 16:00

Xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 1990-cı ilin 20 Yanvarıdır. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edənləri, azadlıq, müstəqillik və suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədilə həmin gün imperiya rəhbərləri Bakı şəhərinə əksəriyyəti ermənilərdən ibarət olan qoşun yeritdilər. Təcavüz nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, 700-dən çox insan yaralandı, 321 nəfər itkin düşdü, yüzlərlə azadlıq aşiqi həbs edildi, çoxu ömürlük şikəst oldu.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” sərəncamına əsasən Şuşa rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və faciənin ildönümü münasibəti ilə rayonun idarə, müəssisələrində, ümumtəhsil məktəblərində tədbirlər keçirilir. Orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar foto stendlər düzəldilmiş, anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılır.

2016-cı il 20 yanvar tarixində rayon İcra Hakimiyyətinin, rayonun idarə və müəssisələrinin kollektivlərinin, ümumtəhsil məktəblərinin, rayon ictimaiyyətinin «Şəhidlər Xiyabanı»na ziyarəti təşkil edilmişdir.

Keçidlər