“Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilmişdir
24 yanvar 2017 | 16:00
24 yanvar 2017-ci il tarixdə Ramana-450 qəsəbəsində yerləşən Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə, gənclər və yeniyetmələr arasında “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilmişdir.
Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş tədbirdə, İdarənin rəisi Nadir Bayramov, Şuşa rayon polis şöbəsinin məsul əməkdaşı Məhərrəm Hüseynov, Respublika GİCS-lə Mübarizə Mərkəzinin həkimi Cavid Cahangirli və rayonun digər idarə müəssisə və təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirdə yeniyetmə və gənclərlə diskussiya aparılaraq, bu mövzuda geniş məlumat verilmişdir. Daha sonra, yeniyetmə və gənclərin sualları dinlənilərək cavablandırılmışdır.