Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərə göstərilən dövlət qayğısı ilə bağlı müşavirə

26 yanvar 2017 | 16:00

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nərticəsində öz doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması daim dövlətimizin diqqətindədir. Qaçqın və məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Dövlət başçısının 1 iyul 2004-cü il tarixli sərəncamı ilə “Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş əlavələrin təsdiq edilməsi nəticəsində ölkənin müxtəlif bölgələrində məskunlaşan qaçqın və məcburi köçkün ailələri üçün yeni qəsəbələrin salınmasına start verildi. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində bu günə qədər 95 müasir tipli qəsəbə, o cümlədən Bakıda və ölkənin müxtəlif regionlarında çoxmərtəbəli yaşayış evləri tikilərək istifadəyə verilib.

Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı fərman imzalayıb.

Yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.

Yanvar ayının 26-da cənab Prezidentin bu fərman və Sərəncamıyla bağlı Şuşa rayon İcra Hakimiyyəti şəhər 1 nömrəli tam orta məktəbinin iclas zalında geniş müşavirə keçirmişdir. Müşavirədə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, İcra Aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, ziyalılar, rayon ictimaiyyəti iştirak etmişdir.

Müşavirədə 26 yanvar 1992-ci il Daşaltı əməliyyatı zamanı və 28 yanvar 1992-ci il tarixlərində "Ağdam-Şuşa" marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotunun erməni terrorçuları tərəfindən vurulması nəticəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov Cənab Prezidentin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin prioritet sahə kimi daim diqqətdə olması məlum faktdır. Ölkə vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaq məqsədilə Prezident tərəfindən vaxtaşırı fərman və sərəncamların imzalanması da bunu sübut edir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə ünvanlanan tədbirlər Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, onların həyat səviyyəsi, mənzil-məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinətin ödənilməsi onların həyat şəraitinin yaxşılaşdırılması haqqındakı fərman məcburi köçkünlərin müxtəlif problemlərinin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər,

göstərilən davamlı qayğı onların üzləşdikləri çətinliklərin aradan qalxmasında mühüm rol oynayacaqdır.

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarımızda “Böyük Qayıdış”ın ilkin layihəsidir. Bu Sərəncam, eyni zamana, düşmənə öldürücü mənəvi zərbə olmaqla yanaşı, əks cinahda istifadəsiz qalan ərazilərin də Azərbaycanın nəzarətinə keçəcəyinə mesajdır.

Müşavirədə Şuşa rayon İcra Hakimiyyəti başçısının Quşçular kənd İƏD üzrə nümayəndəsi Sahib Musayev, DSMF-nin Şuşa rayon şöbəsinin rəisi Sarı Bərxudarov, Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Şuşa şəhər 1 saylı tam orta məktəbin direktoru Elçin Dadaşov, 124 saylı DSK-nın sədri Vahid Abbasov, Ağsaqqallar Şurasının sədri Məmməd Hacıyev və digərləri çıxış edərək, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması haqqındakı və işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı ölkə başçısı tərəfindən imzalanan fərmanların əhəmiyyətindən danışmışlar.

Keçidlər