Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa – Mədəniyyət Mərkəzidir” adlı tədbir keçirilmişdir

17 fevral 2017 | 16:00

17 fevral 2017- ci il tarixində «Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» və Şuşa Rayon İcra Hakimiyyəti Bakının Xətai rayonu 24 saylı,Suraxanı rayonu 84, 87 saylı,Sabunçu rayonu 113 saylı, Nizami rayonu 312 saylı tam orta məktəbləri ilə birgə “Təhsili dəyərə çevirək” devizi altında - “Mədəniyyət və İncəsənət “ layihəsi – “Şuşa –Mədəniyyət Mərkəzidir” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan İcma rəhbəri, Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov tədbir iştirakçılarını salamlayaraq Şuşa mədəniyyəti haqqında ətraflı məlumat vermişdir. Bayram Səfərov 17 fevral 1992 –ci ildə ermənilərin Xocavənd rayonun Qaradağlı kənd sakinlərinin başına gətirdiyi qətliamdan danışmış, həyatını itirmiş insanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Şuşa mədəniyyət incisidir adlı videoçarx nümayiş olunmuşdur. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini - Vüsalə Fətəliyeva, 84 saylı orta məktəbin direktoru -Nəsimi Quliyev, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri –Təvəkkül Əliyev, Sumqayıt Regional Mədəniyyət və turizm idarəsinin baş məsləhətçisi ,Şuşa rayonu üzrə nümayəndə Zahid Abbasov çıxış edərək şuşanın tarixindən, Mədəniyyət və İncəsənət layihəsinin əhəmiyyətindən danışmışlar.Bakı məktəbliləri şuşa haqqında şerlər söyləmiş, cənab başçı şagirdləri maraqlandıran sualları cavablandırmışdır.

 

 

Keçidlər