Şriftin ölçüsü :

Saytın rəngi :

22 fevral 2024-cü il tarixində Sabuçu rayonu, Pirşağı qəsəbəsi, “Gilavar” sanatoriyasında məskunlaşmış Şuşa rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilmişdir

22 fevral 2024 | 16:59
Şuşa Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirildi
 
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun 22 fevral 2024-cü il tarixində Sabuçu rayonu, Pirşağı qəsəbəsi, “Gilavar” sanatoriyasında məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. RİH başçısı Bayram Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğıdan, Şuşa rayonun ərazisində aparılan abadlıq, quruculuq işlərindən danışdı.
Səyyar qəbulda sakinlər Şuşaya qayıdış, iş və mənzillə təmin olunma, onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirmişlər. Bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.
Rayon sakinləri işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Keçidlər