Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul 2022-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, “Rabitəçi” sanatoriyasında məskunlaşmış şuşa rayon sakinləri ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirilmişdir

22 iyul 2022 | 17:05
 
Şuşa rayon 9 saylı tam orta məktəbdə keçirilmiş, Şuşa Rayon İcra Hakimiyyətinin​ başçısı Bayram Səfərovun, Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırdıqları məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu​ yerindəcə həllini tapmış, həlli müəyyən​ zaman​ tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərarə alınıb. Səyyar qəbuldan razılıq edən sakinlər əvvəlki müraciətləri zamanı onları narahat etmiş problemlərin həlli ilə bağlı görülmüş işlərə görə ölkə rəhbərliyinin ünvanına minnətdarlıq ifadə ediblər.
Keçidlər