Şriftin ölçüsü :

Saytın rəngi :

22.05.2026-cı il tarixdə “Korrupsiyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilmişdir

22 may 2026 | 17:41
Korrupsiya tarix boyu bütün cəmiyyətlərin üzləşdiyi əsas problemlərdən olmuşdur və bu gün də dünya ölkələrində aktual problemlərdən biri olaraq qalır. Korrupsiyaya qarşı mübarizənin intensiv və davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir tələblərə uyğun effektiv mexanizmlərin tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir.
​Şuşa Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon sektorunun birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1 bəndinin icrası ilə əlaqədar korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Natiq Mahmudov, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi Hidayət Səmədov, Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon sektorunun müdiri Rəsmiyyə Məmmədova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin sədri Arif Dostiyev, təhsil işçiləri, ictimai şuranın üzvləri, müəllimlər iştirak etmişdir.
​Tədbirdə çıxış edənlər korrupsiyanın cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas amillərdən biri olduğunu, bu kimi mənfi halların yalnız iqtisadiyyat və sosial həyat üçün deyil, eyni zamanda dövlətin imici və beynəlxalq nüfuzu üçün də ciddi təhlükə yaratdığını vurğulamış, hüquqi, demokratik dövlət quruculuğu prosesinə zərbə vurmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də sarsıtdığını, cəmiyyətin mütərəqqi inkişafını ləngitdiyini qeyd etmişlər.
​Bildirilmişdir ki, müstəqillikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan korrupsiyaya qarşı mübarizə siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində bu sahədə mübarizənin hüquqi bazası möhkəmləndirilmiş, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, hesabatlılığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Həyata keçirilən tədbirlər çərçivəsində korrupsiyanın qarşısının alınması məqsədilə preventiv mexanizmlər təkmilləşdirilmiş, vətəndaş məmnunluğunun və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülmüşdür.
​İstənilən sahədə inkişafa mane olan əsas faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə dünyanı narahat edən problemdir. Korrupsiyanın mövcudluğu, ilk növbədə: ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial inkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Ona görə korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən hesab olunur. Korrupsiya ictimai həyatın bütün sahələrinə pozucu təsir edir. Bu neqativ təzahür cəmiyyətin mütərəqqi inkişafına maneə olmaqla yanaşı, həm də ölkənin milli təhlükəsizliyi üçün ciddi problem hesab edilir. Korrupsiya iqtisadi sahədə sağlam bazar rəqabəti mexanizminin pozulmasına, inhisarçılığın yaranması və inkişafına, dövlət büdcə vəsaitinin, xüsusən dövlət sifarişlərinin bölünməsi və kreditlərin qeyri-səmərəli paylanılmasına, cəmiyyətin əksəriyyətinin hesabına korrupsiya münasibətlərində olan bir qrup insanın əsassız varlanmasına, korrupsiya elementlərinin hesabına malın və xidmətlərin qiymətinin artmasına, gizli iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli şəraitin yaranmasına gətirib çıxarır ki, bu da son nəticədə dövlətin öz iqtisadi funksiyasını tam həcmdə, səmərəli və ədalətli şəkildə həyata keçirməsinə maneçilik törədir. Korrupsiya ölkənin maddi həyat nemətlərinin kiçik oliqarxik qrupun xeyrinə ədalətsiz şəkildə bölünməsinə, cəmiyyətin böyük hissəsinin yoxsullaşmasına və ölkədə sosial gərginliyin artmasına səbəb olur. Qeyd etmək lazımdır ki, korrupsiyanın mahiyyətində yalnız rüşvətxorluq deyil, həmçinin açıq rəqabəti məhdudlaşdıran inhisarçılıq, möhtəkirlik kimi cəmiyyət həyatının bütün sahələrinə problemlərin meydana gəlməsinə səbəb olan əməllər dayanır. Beynəlxalq təcrübənin təhlilinə əsasən söyləmək mümkündür ki, korrupsiyaya qarşı mübarizə yalnız cinayət-hüquqi vasitələrlə deyil, eyni zamanda korrupsiyaya şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması məqsədi ilə qabaqlayıcı tədbirlər həyata keçirməklə aparılmalıdır.
Keçidlər