8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Şuşa Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir
8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Şuşa Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri cənab Bayram Səfərov Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün qadınları təbrik etmiş, fəaliyyətlərində seçilən qadınları Fəxri Fərmanla təltif etmişdir. Sonra ana haqqında videoçarx nümayiş olunmuşdur.Şuşa rayon Qadınlar Şurasının sədri Vəsilə Xəlilova çıxış edərək bütün qadınları tədbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva qadınların cəmiyyətdəki rolundan, əldə etdikləri nailiyyətlərdən danışmışdır.
Tədbirdə iştirak edən bütün qadınlara Rayon İcra Hakimiyyəti adından hədiyyələr paylanmışdır.