Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi

17 mart 2017 | 16:00

Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olmuşdur. Belə bayramlardan biri də Azərbaycan xalqının uzaq qədimdən bu günədək sevə-sevə qeyd etdiyi Novruz bayramıdır. Novruz bayramı birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Novruz - xalqımızın ən qədim bayramlarından sayılır və bizim milli həyat tərzimiz, məişətimiz, adət-ənənələrimizlə sıx bağlıdır. Qədim dövrlərdən bəri xalqımız Novruzu bolluq, bərəkət və firavanlığın rəmzi hesab etmişlər.

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu özündə əks etdirən Novruz bayramı münasibətilə Şuşa şəhər 1 nömrəli tam orta məktəbində ümumrayon tədbiri keçirilmişdir.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik etmiş, bol ruzi-bərəkət və əmin-amanlıq arzulamışdır. Cənab Bayram Səfərov milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən danışmış, Azərbaycanın Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərini xüsusi qeyd etmişdir.

Tədbirdə Şuşa rayon Mədəniyyət Evinin işçilərinin, Uşaq Yaradıcılıq Mərkəzi üzvlərinin konsert proqramı maraqla qarşılanmışdır.

 

 

 

 

Keçidlər