31 mart –Azərbaycanlıların Soyqırımı Günü
«31 mart –Azərbaycanlıların Soyqırımı Günü»nəhəsredilmiştədbirvə «BeynəlxalqhüquqvəDağlıqQarabağmünaqişəsi» kitabınıntəqdimatmərasimi
2017-ci il mart ayının 29-daŞuşa rayon İcra Hakimiyyətində «31 mart – Azərbaycanlıların Soyqırımı Günü»nə həsr edilmiş tədbir və «Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi» kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbir azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov açmışdır. B. Səfərov erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı nəticəsində xalqımızın üzləşdiyi ağır faciələrdən danışmış, bildirmişdir ki,ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Bu hadisələr zamanı dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, milli abidələr dağıdılmışdır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Azərbaycan xalqına qarşı törədilən bu tarixi ədalətsizliyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. 26 mart 1998-ci il tarixli Sərəncama əsasən hər il martın 31-də ölkəmizdə soyqırımı qurbanlarının xatirəsi yad edilir.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri B.Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti, uğurlu siyasət xətti barədə geniş və ətraflı məlumat verərək qeyd etmişdir ki, Möhtərəm Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Bu gün Azərbaycan regionun ən güclü dövlətidir, ölkəmizin iqtisadi və hərbi potensialı sürətlə artır. Torpaqlarımızı hər zaman azad edə biləcək qüdrətli ordumuz var.
Tədbirdə çıxış edən «Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi» kitabının müəllifiNamiq Əliyev, Milli Məclisin deputatları Flora Qasımova, Elman Məmmədov, Rövşən Rzayev,“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov,Eldar İsmayılov ötən əsrin sonlarında Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalı zamanı Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən daha bir dəhşətli soyqırımının həyata keçirildiyinivurğulamışlar.Qeyd olunmuşdur ki, əsrin faciəsi olan Xocalı soyqırımı, etnik təmizləmə siyasəti məhz erməni vəhşiliklərinin ən dəhşətli faktlarındandır. Erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklər - Xocalı faciəsi bəşər tarixinin ən qanlı soyqırımlarından biridir.
Tədbirdə Namiq Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabının təqdimatı keçirilmişdir. Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov hüquq elmləri doktoru, professor, 2-ci dərəcəli dövlət müşaviri (Azərbaycan Respublikası 2004-cü il), Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri (2006-cı il), bir sıra beynəlxalq və milli akademiyaların (Moskva, Nyu-York, Tbilisi, Gelati, İnsbruk) həqiqi üzvü-akademikƏliyev Namiq Həsən oğlunun “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabı haqqında ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, N.Əliyev 15 monoqrafiyanın, 90 elmi əsərin, 80 publisist əsərin, 200-ə qədər məqalələrin müəllifidir.Onun əsərləri Avstriya, Belçika, Macarıstan, Moldova, Gürcüstan, Özbəkistan, Finlandiya, Fransa, İsveçrədə tərcümə edilmişdir.1999-cu ildə Cenevrədə Haaqa Konvensiyasının protokollarının sənədlərinin bir qisminin Azərbaycan dilinə tərcümə işinə rəhbərlik etmişdir.O, 1999-cu ildə Amerika Birləşmiş Ştatı - Nebraska ştatının, Linkoyn şəhərinin fəxri vətəndaşı olmuşdur.
Tədbirdə çıxış edənlər Namiq Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabının əhəmiyyətindən danışmış, Qarabağ tarixini özündə əks etdirən kitabların yazılmasının bu gün üçün nə qədər aktual olduğunu diqqətə çatdırmışlar