Şriftin ölçüsü :

Saytın rəngi :

“Düzgün ixtisas seçimində valideynlərin rolu”

15 may 2017 | 16:00

Aprelin 14-də Şuşa rayon İcra Hakimiyyəti, Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən Şuşa rayon 1 saylı tam orta məktəbdə rayonun bir sıra ümumtəhsil məktəblərinin iştirakı ilə “Düzgün peşə seçimində valideynlərin rolu”mövzusunda peşəyönümü tədbiri keçirilmişdir. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin, Şuşa rayon İcra Hakimiyyətinin, Elektron Hökumət Tədris Mərkəzinin,eləcə də digər qurumların nümayəndələri, yuxarı sinif şagirdləri, onların valideynləri iştirak etmişlər.
Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova “Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda məruzə etmiş, əmək bazarına daxil olmağa hazırlaşan gənclərin peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulamışdır. O, əmək bazarının tənzimlənməsində, peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsində gənclərin düzgün peşə və ixtisas seçiminin vacib amillərdən olduğunu, peşəyönümü tədbirlərinin də bu məqsədə yönəldiyini qeyd etmişdir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini İbrahim Heydərov,Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini, Vüsalə Fətəliyeva, Elektron Hökumət Tədris Mərkəzinin icraçı direktoru Rauf Cabbarov, digər qonaqlar da çıxış edərək gənclərə,onların valideyn- lərinə mövzu ilə əlaqədar ətraflı məlumat vermişlər. Bakı Regional Peşə Tədris Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx maraqla izlənilmiş,Şuşa rayon 1 saylı tam orta məktəbi şagirdlərinin iştirakı ilə “peşələrin bəhsi” səhnəciyi də izləyicilə- rin rəğbətinə səbəb olmuşdur. Valideynlərdən Aynur Muradova, Cəmilə Zeynalo- va övladlarının ixtisas seçimi ilə bağlı fikirlərini bölüşmüşlər. Tədbirdə ölkəmizin əmək bazarında baş verən proseslər,işəgötürənlərin peşə və ixtisaslara olan tələb ləri barədə gənclər, onların valideynləri ətraflı məlumatlandırılmışlar. Məşğul- luq xidmətləri, peşə hazırlığı və əlavə təhsil kursları, aktiv məşğulluq tədbirləri haqqında geniş məlumatlar,peşəyönümü məsləhətləri verilmişdir.Tədbirdə yuxa- rı sinif şagirdləri və valideynlərinin aidiyyəti mövzuda sualları da cavablandırıl- mış, onlara məşğulluq xidmətləri, peşə hazırlığı, peşəyönümü,digər aktiv məşğul- luq tədbirləri barədə məlumatların əks olunduğu çap materialları ,həmçinin “Düzgün ixtisas seçimində valideynlərin rolu”, “Peşəyönümü işinin xüsusiyyətləri” adlı bukletlər təqdim edilmişdir.

Keçidlər