Şriftin ölçüsü :

Saytın rəngi :

23-24 dekabr 2022-ci il tarixlərində Şuşa Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulları keçirildi

26 dekabr 2022 | 11:41

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Şuşa rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 58 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. 23 dekabr tarixində Ağdam rayonu, Mirzələr qış yatağında yerləşən Şuşa rayon 21 saylı tam orta məktəbdə və 24 dekabr tarixində İsmayıllı rayonunda yerləşən Şuşa rayon 15 saylı tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi ilə növbəti səyyar qəbulları keçirildi. RİH rəhbəri çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan abadlıq və quruculuq sahəsində görülən işlər, sosial-iqtisadi sahədə əldə edilən uğurlardan danışıb. Bayram Səfərov "Böyük Qayıdış" proqramının sürətlə icra edilməsinin yaxın gələcəkdə Qarabağımızın yenidən öz firəvan günlərinə qayıdacağının xəbərçisi olduğunu diqqətə çatdırdı. Rayon rəhbəri vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər məsələlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər