Şriftin ölçüsü :

Saytın rəngi :

23 mart 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, “Rabitəçi” sanatoriyasında məskunlaşmış Şuşa rayon sakinləri ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi

23 mart 2024 | 17:28
23 mart 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, “Rabitəçi” sanatoriyasında məskunlaşmış Şuşa rayon sakinləri ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi. RİH başçısı Bayram Səfərov görüş iştirakçıları qarşısında çıxış edərək respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, “Böyük Qayıdış” proqramının icra vəziyyəti, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verdi. RİH başçısı Bayram Səfərov bildirdi ki, ölkə başçısının işğaldan azad olunan ərazilərə müntəzəm səfərləri və həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərin miqyası Qarabağ və Şərqi Zəngəzurun bərpasının prioritet istiqamətlərdən biri olduğunun göstəricisidir. Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirdilər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edildi, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Şuşa rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Keçidlər