Şriftin ölçüsü :

Saytın rəngi :

23 yanvar 2026-cı il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi

23 yanvar 2026 | 17:58

23 yanvar 2026-cı il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi. RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda və beynəlxalq arenada apardığı uzaqgörən siyasət, eləcə də ölkəmizin iqtisadi inkişafına hədəflənmiş böyük layihələr haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. RİH başçısı Bayram Səfərov görüş iştirakçıları qarşısında çıxış edərək respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, “Böyük Qayıdış” proqramının icra vəziyyəti, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verdi. Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirmişlər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Görüş iştirakçıları problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər