17 yanvar 2013-cü ildə “Ramana - 450” qəsəbəsində 20 yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilmişdir.
18 yanvar 2013 | 16:00
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ziyalılar, rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişdir.Tədbirin əvvəlində 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.Malıbəyli kənd 1 saylı orta məktəbin şagirdləri 20 yanvar faciəsinə həsr olunmuş ədəbi- bədii kompozisiya nümayiş etdirmişlər. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları öz çıxışları ilə tədbir iştirakçılarının təsəvvüründə o qanlı gecənin dəhşətini bir daha canlandırmışlar.