Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonu üzrə 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş iclas keçirilib

19 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr 19 aprel 2017-ci il tarixdə Şuşa  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.
Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq mühafizə orqanlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına  həsr olunmuş iclası barədə ətraflı məlumat vermiş, Dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
Cənab B.Səfərov ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, xüsusən bitkiçiliyin 20 faizdən çox artdığını bildirdi. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracı təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. Bu il Davos Ümumdünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb.

Hesabat məruzəsində rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
01.04.2017-ci  il tarixə Şuşa rayon əhalisinin sayı 33402 nəfər olmuşdur ki, onlardan 24312 nəfəri şəhər,  9090 nəfəri  isə kənd əhalisidir. Bu dövrdə fiziki şəxslər tərəfindən 53 yeni iş yeri yaradılmışdır. Məşğul əhalinin sayı 16010 nəfərdir, onlardan 7260 nəfəri dövlət, 8750 nəfəri qeyri-dövlət sektorunda çalışır. Sərbəst məşğul əhali 320 nəfər, fərdi məşğul əhali isə 4871  nəfərdir. 01 aprel  2017-ci  il tarixə rayonumuzda qeydiyyatda olan idarə, müəssisə və təşkilatlarda işləyənlərdən büdcə təşkilatlarında çalışanların sayı 2069 nəfərdir.  
Şuşa rayon  Məşğulluq  Mərkəzi tərəfindən 2017-ci ilin birinci  rübü ərzində 31 nəfər  işaxtaran  vətəndaş  qeydiyyata  alınmışdır. Onlardan 7 nəfəri işlə təmin olunmuş, 3 nəfərə işsizlik müavinəti təyin edilmiş, 16 nəfər peşə hazırlığına cəlb edilmişdir.
Şuşa rayonunun ümumtəhsil müəssisələrinin 20 nəfər  məktəblisi  Azərbaycan Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  tapşırığı ilə keçirilən “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində  mart  ayında  respublikanın  şimal bölgələrində olmuş, doğma vətənimizi daha  dərindən  tanımaq  imkanı qazanmışlar. Fənn olimpiadalarının rayon mərhələsində 82 nəfər şagird iştirak etmiş, onlardan 14 nəfəri Respublika mərhələsinin yarımfinal turunda çıxış etmək hüququ qazanmışdır. Diaqnostik qiymətləndirməyə cəlb olunmuş rayonun təhsil işçilərinin əmək haqqları 2017-ci ilin yanvar ayından artırılmışdır. 
Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, 2017-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi, əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmış və hazırda uğurla davam etməkdədir. Birinci rüb ərzində rayon sakinlərindən 4973 nəfəri pulsuz tibbi müayinədən keçmişdir.
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi diqqət mərkəzində saxlanılmışdır.
20 Yanvar  və Xocalı faciələrinin anım günləri, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, Aprel döyüşlərinin ildönümü rayonun bütün kollektivlərində qeyd edilmiş, çoxsaylı vətənpərvərlik tədbirləri təşkil olunmuşdur. Yeni il və Novruz bayramları münasibətilə silsilə və kütləvi şənliklər keçirilmişdir.
Tədbirdə çıxış edən Şuşa rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin  rəisi Sarı Bərxudarov, Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov  dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırmış, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Məsələ ilə bağlı Qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir.
 

Keçidlər