Şriftin ölçüsü :

Saytın rəngi :

23.09.2022 – ci il tarixində Ramana qəsəbəsində yerləşən Şuşa 6 saylı orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir

23 sentyabr 2022 | 14:53
Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırdıqları məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapmış,həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alınıb. Səyyar qəbuldan razılıq edən sakinlər əvvəlki müraciətləri zamanı onları narahat etmiş problemlərin həlli ilə bağlı görülmüş işlərə görə ölkə rəhbərliyinin ünvanına minnətdarlıq ifadə ediblər.
Keçidlər