Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Humanitar Kollecində «İslam Həmrəylik ili» çərçivəsində: “İslamda ümumbəşəri və milli-mənəvi dəyərlər”adlı tədbir keçirilmişdir

13 aprel 2017 | 16:00

Şuşa Humanitar Kollecində Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə «İslam Həmrəylik ili» çərçivəsində: “İslamda ümumbəşəri və milli-mənəvi dəyərlər”adlı tədbir keçirilmişdir.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva tədbiri giriş sözü ilə açmışdır. Vüsalə Fətəliyeva ümummilli lider  Heydər Əliyevin zəngin dövlətçilik ənənələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərməsindən danışmış, şuşalı gənclərə xalqımızın milli - mənəvi dəyərlərini yüksək səviyyədə qoruya bilməsi ilə bağlı öz dəyərli məsləhət və tövsiyələrini vermişdir. 
Şuşa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva “İslamda ümumbəşəri və milli-mənəvi dəyərlər” mövzusunda çıxış edərək bildirdi ki, ən böyük sərvətimiz olan milli-mənəvi dəyərlərimiz, bu dəyərlərdən formalaşan adət-ənənələrimiz Azərbaycan xalqının simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Azərbaycan Respublikasının ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsi daha böyük aktuallıq tələb edir. Milli-mənəvi dəyərlərə bağlılıq vətənpərvərlik hisslərini gücləndirir, insanın əsl vətəndaş kimi yetişməsində birbaşa rol oynayır.
Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev   belə tədbirlərin gənclərimizin həyatına əhəmiyyətli təsirindən danışaraq bildirdi ki, bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri olduğu üçün, belə bir vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranmışdır.
Tədbirin sonunda Şuşa rayon İcra Hakimiyyətinin başçısı,  «Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı   İcması»  İdarə Heyətinin sədri-icmanın rəhbəri  Bayram Səfərova keçirilən bütün tədbirlərdə göstərdiyi köməkliyə görə təşəkkür edildi.
Sonra ”Fitnə” sənədli filmi nümayiş etdirilmişdir.

Keçidlər