Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində Dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir

23 iyun 2017 | 16:00

2017-ci il iyun ayının 23-də Şuşa rayon İcra Hakimiyyətində Dövlət qulluqçularının peşə bayramı keçirilmişdir.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri - icma rəhbəri Bayram Səfərov  öz çıxışında möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunun qeyd edilməsi, qüvvəyə minməsi və digər hüququ aktlara dair imzladığı qanun, fərman və sərəncamlar barədə geniş məlumat vermiş, Respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolundan  danışmışdır.
Tədbirdə çıxış edənlər bu günün yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dövlət qulluğunun baza və prinsiplərinin yaranması ilə bağlı göstərdiyi böyük xidmətlərindən danışmışlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmiş Şuşa rayon İcra Hakimiyyətinin sektor müdiri İbrahimov Arif Valeh oğlunu Bayram Səfərov  təbrik etmiş, Xalçaçı Siyasət xanımın –- «Tərəqqi» və  Gülsarə Abbasovanın-«Əməkdar mədəniyyət işçisi» medallarını təqdim etmişdir.

Keçidlər