24 aprel 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi, “Rabitəçi” sanatoriyasında məskunlaşmış Şuşa rayon sakinləri ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi
24 aprel 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi, “Rabitəçi” sanatoriyasında məskunlaşmış Şuşa rayon sakinləri ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi. RİH başçısı Bayram Səfərov görüş iştirakçıları qarşısında çıxış edərək respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, “Böyük Qayıdış” proqramının icra vəziyyəti, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verdi. Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirdilər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edildi, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Şuşa rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.