Şriftin ölçüsü :

Saytın rəngi :

24 iyul 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Raketa” sağlamlıq düşərgəsində məskunlaşmış Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi

24 iyul 2025 | 17:53
24 iyul 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Raketa” sağlamlıq düşərgəsində məskunlaşmış Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi. RİH başçısı Şuşa rayon sakinləri qarşısında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş doğma yurd yerlərimizdə, o cümlədən Şuşada aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən geniş həcmli sosial və infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər