Şriftin ölçüsü :

Saytın rəngi :

24 oktyabr 2025-ci il tarixdə Gəncə şəhərində yerləşən Məcburi köçkün qəsəbəsində məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi

24 oktyabr 2025 | 16:55
24 oktyabr 2025-ci il tarixdə Gəncə şəhərində yerləşən Məcburi köçkün qəsəbəsində məskunlaşmış Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolunu tutmuş respublikamızın həyatında son dövrlərdə baş verən yeniliklər, ölkəmizin beynəlxalq arenada artan nüfuzu ilə bağlı geniş məlumat verdi. Şuşa şəhərinə əhalimizin mərhələli şəkildə köçürülməsindən söz açan Şuşa şəhərində aparılan RİH başçısı köçürülməsi nəzərdə tutulan sakinlərin məşğulluğunun təmin olunması sahəsində görülən işləri yüksək qiymətləndirdi.
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını diqqətə çatdıran Bayram Səfərov qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun təmin edilməsində Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyini vurğuladı. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərova müraciət edən rayon sakinləri diqqətlə dinlənildi , səsləndirdikləri məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alındı.
Keçidlər