24 sentyabr 2026-cı il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məcburi köçkün şəhərciyində Şuşa RİH başçısının rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
24 sentyabr 2026 | 16:15
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 60 rayonunda mütəmadi olaraq səyyar görüşlər keçirir.
24 sentyabr 2026-cı il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məcburi köçkün şəhərciyində Şuşa RİH başçısının rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Sentyabr ayının əlamətdar tarixi günlərlə zəngin olduğunu, bu ayda baş vermiş hadisələrin tarixi əhəmiyyətini xüsusi qeyd edən RİH başçısı mədəniyyət paytaxtımızda aparılan quruculuq işlərindən danışmışdır. Rayon İcra Hakimiyyətinin başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapmışdır. Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara yönəldilməsi istiqamətində zəruri addımlar atılacağı bildirilmişdir.






