Şriftin ölçüsü :

Saytın rəngi :

24.02.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Ucar rayonu, Məcburi köçkün şəhərciyində məskunlaşmış Şuşa rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi

24 fevral 2026 | 17:08
Şuşa rayon sakinlərini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən davamlı olaraq səyyar qəbullar keçirilir. 24.02.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Ucar rayonu, Məcburi köçkün şəhərciyində məskunlaşmış Şuşa rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. RİH başçısı Bayram Səfərov Cənab Prezident İlham Əliyevin həm təşəbbüsləri, həm də qətiyyəti ilə Azərbaycana qlobal arenada böyük nüfuz gətirən, ölkəmizin regional və beynəlxalq mövqelərini daha da möhkəmləndirən enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. RİH başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir. Səyyar qəbulda sakinlərin sosial müdafiə, Şuşa şəhərinə qayıdış, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Keçidlər