Qurban bayramı qeyd edilmişdir
01 sentyabr 2017-ci il tarixdə müsəlman dünyasının ən əziz bayramlarından biri olan Qurban bayramı Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd edilmişdir. Böyük fərəh hissi ilə ölkəmizdə hər il dövlət səviyyəsində böyük təntənə ilə icra olunan Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin təntənəsinə çevrilir.
Qurban Bayramı münasibəti ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qarabağ müharibəsi əlillərinə, şəhid və aztəminatlı ailələrə, ahıl və tənha qocalara, yardıma ehtiyacı olan sakinlərə xüsusi diqqət və qayğı göstərilmiş, onlara qurban sovqatı paylanmışdır. Xeyriyyə tədbirində Şuşa rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak etmişlər.