Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonunun təhsil müəssisələrində “Bilik günü” qeyd edilmişdir

15 sentyabr 2017 | 16:00

15 sentyabr Azərbaycanda “Bilik günü” kimi  qeyd edilir. Şuşa rayonunun təhsil müəssisələrində “Bilik günü” təntənə ilə qeyd edilmişdir.
     Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov Malıbəyli və Xankəndi tam orta məktəblərində “İslam Həmrəyliyi İli” və 15 sentyabr “Bilik günü” nə həsr edilmiş   “Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” mövzusunda  mühazirələrlə  çıxış  etmişdir.
     Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini V.Fətəliyeva və Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev  Şuşa 12 nömrəli tam orta məktəbində, Şuşa rayon İcra Hakimiyyəti başçısının  müavini Əkbər Hacıyev Şuşa 3 nömrəli tam orta məktəbində, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Gülbəniz Babayeva və həmin şöbənin baş məsləhətçisi  İlahə Ələkbərli Şuşa 1 nömrəli tam orta məktəbində, İnformasiya təminatı və təhlil sektorunun müdiri Ülvi Heydərov və İctimai–siyasi və humanitar məsələlər şöbəsinin baş  məsləhətçisi  Natiq Mahmudov Şuşa 5,7,11 nömrəli tam orta məktəblərində, Şuşa rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin baş məsləhətçisi Fuad Əfqanzadə Şuşa 2 nömrəli tam orta məktəbində, Şuşa rayon İcra Hakimiyyəti  Əraziidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Qalib Kazımov Şuşa 6 nömrəli tam orta məktəbində, Malıbəyli kənd İ.Ə.D nümayəndəsi Müzəffər Babayev  Malıbəyli kənd 1 nömrəli  tam orta məktəbində, Quşçular kənd İ.Ə.D nümayəndəsi Sahib Musayev  Quşçular kənd tam  orta məktəbində çıxış edərək məktəbin kollektivini “Bilik günü” münasibəti ilə  təbrik etdilər .
     Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət  açıldı. Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. 
     Təhsil Naziri Mikayıl Cabbarovun ümumtəhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmrinə əsasən, sentyabrın 15-i “Bilik Günü” ilk dərs məşğələsi "Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu. Burada əsas məqsəd gələcəyimiz olan məktəblilərə Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar vermək idi. Çünki, Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yük səkliyi uşaq və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət  kəsb edir.
Tədbirlərdə bütün təhsil işçiləri ilk dərs günlərini Şuşada,doğma məktəblərində keçirmək arzularını bildirdilər.

Keçidlər