Şriftin ölçüsü :

Saytın rəngi :

25 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü bəndinin icrası ilə bağlı təlim keçirilmişdir

25 oktyabr 2025 | 17:24
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü (Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi (təlimlər və qısamüddətli kurslar təşkil etməklə) bəndinin icrası ilə bağlı onlayn formatda təlimlər və seminarlar təşkil olunur. Eyni zamanda Şuşa Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya və Rayon icra hakimiyyətində fəaliyyət göstərən Monitorinq qrupu tərəfindən Uşaq hüquqlarının müdafiəsi sahəsində mütəxəsislərin hazırlanması məqsədi ilə ümumtəhsil məktəblərində fəaliyyət göstərən psixoloqlar da təlimlərə cəlb edilib.
Tədbirdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının psixoloqu Fatma Qılıncxanova uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi tapşırığının həyata keçirilməsi üçün təlimlərin və qısamüddətli kursların keçirilməsi ilə bağlı təqvim planının təsdiq edildiyini və bu istiqamətdə ardıcıl şəkildə müvafiq tədbilərin ilboyu davam etdiriləcəyini bildirmişdir.
Daha sonra mövzu ətrafında və Fəaliyyət Planının müəyyən etdiyi məsələlər istiqamətində fikir mübadiləsi və müzakirələr aparılıb, mövcud problemlər səsləndirilib və iştirakçıların sualları cavablandırılıb.
Keçidlər