Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun VI-IX sinif şagirdlərinin iştirakı ilə “Şanlı bayrağım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

08 noyabr 2017 | 16:00

 

Şuşa rayonunun ümumi təhsil məktəblərində Dövlət Bayrağı Günü münasibətilə VI –IX sinif şagirdlərinin iştirakı ilə “Şanlı bayrağım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

İnşa müsabiqəsi 2 mərhələdə- məktəb və rayon mərhələsində təşkil olunub. Məktəb mərhələsi 01 noyabr, rayon mərhələsi isə 08 noyabr tarixlərində keçirilib.

Məktəb mərhələsində I və II yerləri tutan şagirdlər rayon mərhələsində iştirak etmək hüququ qazanıb.

Rayon mərhələsində qalib hesab edilən şagirdlər təhsil şöbəsi tərəfindən Fəxri Fərmanla mükafatlandırılacaq.

Arzu edirik ki, üç rəngli bayrağımız Qarabağda , Şuşada dalğalansın!

 

Keçidlər