Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq"

16 noyabr 2017 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan "Ölkəmizi tanıyaq" devizi ilə onların respublikanın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Şuşa rayonundan olan təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 20 nəfər məktəblinin Şuşa rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovla görüşü keçirildi. Görüşdə tur iştirakçılarının valideynləri, Rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, rayonun orta məktəb direktorları və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişdilər.

Cənab Bayram Səfərov iştirakçıları salamlayaraq şagirdlərə gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradacaq.

Daha sonra Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev gənclər qarşısında çıxış edərək aksiyanın əhəmiyyətindən danışmış, rayon gənclərinə lazımi tövsiyyələr vermişlər.

Tədbirdə çıxış edən pedaqoji kollektivlərin nümayəndələri, məktəblilər və onların valideynləri belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə, Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Sonra məktəblilərə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu və xatirə şəkili çəkdirildi . 16 noyabr saat 09:00 - da tur iştirakçıları Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Mərkəzi Qərargahının binası qarşısından Dövlət Yol Polisi avtomaşınının müşaiyəti ilə Lənkəran-Masallı-Astara rayonlarına yola salındılar.

 

 

 

Keçidlər