Şriftin ölçüsü :

Saytın rəngi :

26.05.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov sakinlərlə növbəti səyyar qəbulunu Kürdəmir rayonu ərazisində salınmış 564 ailəlik məcburi köçkün qəsəbəsində keçirmişdir

26 may 2026 | 17:16
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların təşkil edilməsi daim Şuşa Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır. Bu çərçivədə vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq müvafiq tədbirlərin görülməsi mütəmadi olaraq diqqət mərkəzindədir.
​Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə 26.05.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov sakinlərlə növbəti səyyar qəbulunu Kürdəmir rayonu ərazisində salınmış 564 ailəlik məcburi köçkün qəsəbəsində keçirmişdir.
​Görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov bildirmişdir ki, qısa zaman ərzində Böyük Qayıdışın təntənəsi olaraq Prezident cənab İlham Əliyevin sərəncam və tapşırıqları ilə azad olunmuş ərazilərdə görülən işlər hər kəsin diqqətindədir. Yeni yolların çəkilməsi, dini abidələrimizin təmir və bərpası, müasir infrastrukturun qurulması tezliklə bu torpaqların tamamilə dirçələcəyindən xəbər verir. İcra başçısı 25 may tarixində Şuşa rayonunun Qaladərəsi kəndinə əhalinin köçürülməsi, həmçinin sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində görülməkdə olan işlər haqqında qəbul iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, istər ölkə vətəndaşları, istərsə də respublikamıza səfər edən xarici qonaqlar işğaldan azad olunan ərazilərimizdəki nəhəng quruculuq işlərini heyranlıqla qarşılayırlar. Azərbaycanda ötən illər ərzində hər bir sahədə müsbət irəliləyişlərə nail olunması bir daha deməyə əsas verir ki, ölkədə dayanıqlı inkişaf uğurla təmin edilib.
​Səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətləri fərdi qaydada dinlənilmişdir. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, icrası vaxt və əlavə araşdırma tələb edən digər məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş və onların icrası nəzarətə götürülmüşdür.
Keçidlər