26.09.2025-ci il tarixdə - 27 sentyabr - Anım günü ilə əlaqədar "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilmişdir
26 sentyabr 2025 | 17:49
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Şəhid ailələri və müharibə veteranları ilə iş şöbəsinin müdiri Elxan Ələkbərov, kollecin tədris işləri üzrə direktor müavini Azər Səfixanlı, kollecin müəllimləri Əbirə Səfixanova, Aqil Həsənov, Könül Hüseynova və tərbiyə işləri üzrə müavini Nərmin Hətəmova çıxış edərək, Vətən müharibəsinin tarixindən, şəhidlərimizin və qazilərimizin şücaətindən danışmışdır.
Tədbirin bədii hissəsində şəhidlərimizin müqəddəs xatirəsi dərin hüznlə yad edilmiş və vətənpərvərlik ruhunda şeir və mahnılar səsləndirilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, “Dövlət Proqramı”na əsasən mərhələli şəkildə şəhər və kəndlərimizə yenidən qayıdırıq.






