Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Humanitar Kollecində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

11 dekabr 2017 | 16:00

 

11 dekabr 2017-ci il tarixdə Şuşa Humanitar Kollecində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Şuşa rayon Təşkilatının sədri Təvəkkul Əliyev, Kollecin müəllim və tələbə kollektivi iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Kollecin tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova çıxışında ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və dünyada tanınmasında misilsiz rolundan danışıb.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrilməsindən, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır.

Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən danışan Şuşa rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Şuşa rayon Təşkilatının sədri Təvəkkul

Əliyev partiyanın bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini bildirib.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında videoçarx və film nümayiş etdirildi.Tələbələrin ifasında seirlər səsləndirildi.

Tədbiri Kollecin direktoru Rasim Mehdiyev yekunlaşdırdı.

Keçidlər