“Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilmişdir.
26 dekabr 2017 | 16:00
25-26 dekabr 2017-ci il tarixlərdə Şuşa rayon Gənclər və İdman İdarəsi və Şuşa rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilmişdir. Şuşa rayon 3 saylı və Malıbəyli kənd 1 saylı tam orta məktəblərdə baş tutmuş tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Şuşa rayon polis şöbəsinin məsul əməkdaşları Səməd Məhərrəmov və məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Yeniyetmə və gənclərə bu mövzuda geniş məlumat verildikdən sonra, onlarla diskussiya aparılaraq sualları dinlənilmiş və cavablandırılmışdır.