Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il

27 dekabr 2017 | 16:00


27 dekabr tarixində Şuşa şəhər 1  nömrəli tam orta məktəbində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və  “Yeni il” münasibəti ilə bayram tədbiri keçirilmişdir.  Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov,  İcra Hakimiyyətinin məsul işçiləri,  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri,  məktəblilər və digər qonaqlar iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov tədbirdə çıxış edərək bütün şuşalıları qarşıdan gələn 2018 – ci il və dünya azərbaycanlılarının həmrəyliyi münasibəti ilə təbrik etmiş, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır.  Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü uzaq görən siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etməsindən danışan cənab Başçı yaxın gələcəkdə öz doğma Qarabağımızda yeni il şənliklərini keçirəcəyimizə inamını vurğuladı. Tədbir Şuşa Rayon Mədəniyyət Mərkəzinin konsert proqramı ilə davam etmişdir.

Keçidlər