27 iyun 2026-cı il tarixdə Yevlax rayonunda məskunlaşmış şuşalı məcburi köçkünlərlə Şuşa Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirilib
27 iyun 2026 | 17:38
RİH başçısı Bayram Səfərov görüş iştirakçıları qarşısında çıxış edərək respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, “Böyük Qayıdış” proqramının icra vəziyyəti, sahibkarlığın inkişafı və vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verib. RİH başçısı Bayram Səfərov bildirdi ki, ölkə başçısının işğaldan azad olunan ərazilərə müntəzəm səfərləri və həmin bölgələrdə aparılan abadlıq-quruculuq işlərinin miqyası Qarabağ və Şərqi Zəngəzurun bərpasının prioritet istiqamətlərdən biri olduğunun göstəricisidir. Görüş zamanı rayon sakinləri məşğulluq, Şuşaya qayıdış, mənzillə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndiriblər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll edilib, digərlərinin həlli ilə bağlı isə əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib. Şuşa rayon sakinləri problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.






