Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr - Anım Günü ərəfəsində şəhidlərin ailələri ziyarət edilir

26 sentyabr 2025 | 13:10

Bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Rayonumuzda hər zaman olduğu kimi 27 Sentyabr - Anım Günü ərəfəsində də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının məzarları ziyarət edilir, şəhidlərimizin ailələri ilə, eləcə də döyüşlər zamanı yaralanan qazilərlə görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır.
Şəhid ailələri ilə görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından danışılır, həmçinin, şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılır.
Görüşlər zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilir, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılır.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova öz minnətdarlıqlarını bildirirlər.

Keçidlər