27 Sentyabr - Anım Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıqda (II Şəhidlər Xiyabanı) şəhidlərin xatirəsi yad edildi
27 sentyabr 2025 | 17:41
27 sentyabr 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İcra Hakimiyyətinin məsul işçiləri, şəhid ailələri, qazilər, idarə, müəssisə rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri Azərbaycan Ordusunun Qarabağı azad etdiyi 44 günlük Vətən müharibəsinin beşinci ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlıqda (İkinci Şəhidlər Xiyabanı) ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül-çiçək dəstələri düzdülər. Daha sonra qələbəmizin rəmzi olan - Zəfər parkı ziyarət olundu. Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunaraq ruhlarına dualar oxundu.
Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.






