GƏNCLƏR GÜNÜ QEYD OLUNMUŞDUR
Şuşa Rayon Gənclər və İdman İdarəsi tərəfindən “2 Fevral - Gənclər günü” münasibəti ilə 1 fevral 2013 - cü il tarixində tədbir keçirilmişdir. Tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” nın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisə rəhbərləri, ziyalılar, müxtəlif sahələrdə nailiyyətlər əldə etmiş gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rayonun və respublika gənclərini “2 Fevral – Gənclər günü” münasibəti ilə təbrik etmiş və gənclər tərəfindən ötən il ərzində qazanılmış uğurlardan və onların qarşısında duran vəzifələrdən danışmışdır.
Rayonun inşa yazı və rəsm müsabiqələrində, idman yarışlarında, intellektual oyunlarda və keçirilən digər tədbirlərdə fərqlənən gənclər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.