Şriftin ölçüsü :

Saytın rəngi :

Xanalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2017-ci ildə gördüyü işlər barədə 13 yanvar 2018-ci ildə keçirilən hesabat iclası

13 yanvar 2018 | 16:00

Xanalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Çingiz Əliyev hesabat iclasında qonaqları təqdim etdi.

Gündəlikdə olan məsələləri bildirdi.Şuşa rayon İcra Hakimiyyəti başçısının Xanalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2017-ci il ərzində gördüyü işlərə dair hesabatı və 2018-ci il üçün iş planı barədə iştirakçılara məlumat verildi. Nümayəndə Çingiz Əliyev qeyd etdi ki, Şuşa rayonu Xanalı kənd əhalisi də məlum hadisələrlə əlaqədar öz doğma yurdlarından məcburi köçkün düşmüş, republikamızın Bakı şəhəri də daxil olmaqla 20 rayon, 36 yaşayış məntəqəsində məskunlaşmışdır. Xanalı kənd inzibati ərazi dairəsi 3 yaşayış məntəqəsini əhatə edir. 2017-ci ildə  yazılı və şifahi müraciətlərin çoxu vaxtında həll edilmişdir. Həmin müraciətlərin içərisində elələri olur ki, onların həlli ərazi nümayəndəliyinin səlahiyyətləri xaricində olduğu üçün sakinlərə hara və kimə müraciət etmələri barədə məlumat verilir. Pensiya, sosial yardım, yemək xərci və s. bu kimi məsələlərdə yaranmış problemlərin həll edilməsində nümayəndəlik öz üzərinə düşən vəzifənin öhdəsindən lazımi səviyyədə gəlmişdir. Xanalı kənd İƏD üzrə nümayəndəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsi ilə apardığı birgə işin nəticəsində gənclərin hərbi xidmətə getməsində heç bir problem olmuyub.  2017-ci il ərzində nümayəndəlik üzrə 4 nəfər hərbi xidmətə getmiş, 3 nəfər isə hərbi xidmətdən qayıtmışdır. Əhali arasında , xüsusilə də gənclər arasında narkomaniya və digər zərərli adətlərdən törənə biləcək qanun pozuculuğuna qarşı profilaktik yönümlü tədbirlər keçirir. Yaxşı hallardan biri də odur ki, əhalimiz məskunlaşlıqları ərazilərdə yerli sakinlərlə mehriban şəraitdə yaşayırlar. Şuşa rayon İcra Hakimiyyəti başçısının Xanalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətindən razı olduqlarını, Çingiz Əliyevin hesabat məruzəsini məqbul hesab etdiklərini bildirdilər. 

Keçidlər