Şriftin ölçüsü :

Saytın rəngi :

27.11.2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısı aparatı və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirmişdir

27 noyabr 2024 | 16:59

27.11.2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısı aparatı və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirmişdir. Təlimdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 739 nömrəli 23 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2022-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın “Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi”nə dair 8.9-cu bəndinin “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər keçirilməsi” tapşırığı barədə 8.9.3-cü yarımbəndinin icrasından irəli gələn məsələr müzakirə olunub. Təlimi giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları haqqında geniş məlumat vermiş, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. Təlimin keçirilməsində əsas məqsədin “Strategiya”nın Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması, onların cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçularının formalaşdırmaqla dövlət orqanının fəaliyyətində səmərəliliyin artırılması olduğunu diqqətə çatdırmışdır.

Keçidlər