Daşaltı əməliyyatından 26 il keçir
2018-ci il 26 yanvar tarixində Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov, İcra Aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, ziyalılar, rayon ictimaiyyəti 26 yanvar 1992-ci il Daşaltı əməliyyatı zamanı və 28 yanvar 1992-ci il tarixlərində "Ağdam-Şuşa" marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotunun erməni terrorçuları tərəfindən vurulması nəticəsində şəhid olanların xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Şuşa rayon Mərkəzi Kitabxana Sistemində Daşaltı əməliyyatı zamanı və "Ağdam-Şuşa" marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotunun erməni terrorçuları tərəfindən vurulması nəticəsində şəhid olanların xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir.