Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-cı ilin yekunları ilə bağlı fəaliyyətinin 25.01.2018-ci il tarixdə Yasamal rayonu, Şuşa Humanitar kollecində keçirilən hesabatı

25 yanvar 2018 | 16:00

Şuşa Rayon İcra Haimiyyəti başçısının Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-cı ilin yekunları ilə bağlı fəaliyyətinin 25.01.2018-ci il tarixdə Yasamal rayonu, Şuşa Humanitar kollecində keçirilən hesabatı.
Yığıncaqın işində iştirak edən nümayəndələr və qonaqlar, Şuşa Rayon İcra Hakimiyyəti Başçısının müavini Sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əkbər Hacıyev, Şuşa Rayon İcra Hakimiyyəti Başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva.
Gündəlikdə iki məsələ durur. Şuşa Rayon İcra Hakimiyyəti başçısının Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunları ilə bağlı fəaliyyəti barədə hesabatı- məruzəçi Fuad Xosrovzadə, Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci il iş planıın müzakirəsi və təsdiqi.
Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev çıxış edərək, Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə gördüyü işlər barədə qısa məlumat verdi. Əhali ilə görüşmək və seçkilər siyahısına köməklik edilməsini bildirdi. Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işinin müsbət qiymətləndirilməsini təklif etdi.
Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov çıxış edərək, Şuşa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə birgə gördüyü işlər barədə məlumat verdi. Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işinin müsbət qiymətləndirilməsini təklif etdi.
Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov çıxış edərək bildirdi ki, Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə Mərkəzi Rayon Xəstəxanası ötən dövr ərzində bir sıra tədbirlər həyata keçirib və tədbirlərin növbəti il ərzində də davam etdirilməsi nəzərdə tutulub. On bir minə yaxın şəhər əhalisi tibbi müayinədən keçib. Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işinin müsbət qiymətləndirilməsini təklif etdi.
Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin baş məsləhətçisi Zahid Abbasov çıxış edərək bildirdi ki, 21 Nisan çoçuk festivalında iştirak ediblər. Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə görüləcək işlər barəsində məlumat verdi və bir sıra tədbirlərin keçirilməsini qeyd etdi. Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işinin müsbət qiymətləndirilməsini təklif etdi.
Dövlət Sosial Müdafiə fondunun müdiri Sarı Bərxudarov Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə sıx əməkdaşlığı və birgə fəaliyyətinnən danışdı. Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işinin qənaətbəxş qiymətləndirilməsini təklif etdi.
Şuşa Rayon Veteranlar şurasının sədri Ağalar Əliyev bu il seçki ili olduğunu qeyd etdi. Dövlət təşkilatlarının əməyinin daha çox olduğunu bildirdi. Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işinin qənaətbəxş qiymətləndirilməsini təklif etdi.
İkinci məsələ barədə eşidildi: Şuşa şəhər inzabati ərazi dairəsi üzrə nümayəndələyin illik hesabat yığıncağında 2018-ci il üçün iş planı müzakirə olunub təsdiq edildi.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25.01.2018-ci il tarixli hesabat yığıncağının qərar layihəsi oxunuldu və səsə qoyularaq qəbul edilib.

 

 

Keçidlər